“Evdə hər kəs koronavirusa yoluxdu, indi sağalmışıq. Xəstələnməmişdən əvvəl evdəkilərin rəyi ilə bir həkimlə əlaqə saxladıq. O zaman mən virusa yoluxmamışdım, ancaq evdəkilər virusdan əziyyət çəkirdi. Vaksin olmuşduq, yüngül keçirdik”.
araz.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqramda canlı yayıma qoşularkən bildirib.
Məşhur müğənni bir müddət əvvəl koronavirusa yoluxduğunu qeyd edib, həmin dövrdə başına gələn hadisə barədə danışıb: “Həkim gəlib 3 vərəq dərman yazdı. Evdəkilərə dedi ki, sizi xəstəxanaya aparmaq lazımdır, süni nəfəs aparatına qoşmaq lazımdır. Soruşdum ki, nəfəs almağında problem yoxdur, niyə aparata qoşulsun? Cavab verdi ki, 1-2 günə ola bilər. Söylədim ki, eybi yoxdur, qoy evdə boğulsun! Tamamilə xəstəxananın əleyhinəyəm. Xanım hələ damarın içinə antibiotik yazıb. Mənə cavabı nə olsa yaxşıdı? Söylədi ki, nə fərqi var, damarın içi, üstü? Birinci dəfə belə bir şey eşidirəm. 500 manat verdim ki, dərmanlar alınsın.
Həkim qohumlara zəng etdim, məsələdən xəbərdar etdim. Onlar dedi ki, reseptləri göndər. Qohumum şoka düşdü, bildirdi ki, korona yox, bu dərmanlar sizi öldürə bilər. Bu dərmanlar böyrəyə, ciyərə pis təsir edir. Bu yükün altından sonra qalxmaq lazımdır. Mənə dərmanlar dedi, çox az pulla dərmanlar aldım. Üç-dörd gündən sonra özüm də yoluxdum. Panikaya düşmək lazım deyil, xəstəxanalara da qaçmayın. Orada da infeksiyalar var. Sizə yazılan dərmanları kənara atın”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.