esker durbin

 
Neçə gün əvvəl Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayevin taleyindən hamının xəbəri var…

 
Bəli, ermənilər sakitləşmir, öz torpağımızda bizi girov götürür, məhkəmə qurur, istintaq aparır… Ötən əsrin 90-cı illərinin qudurğanlığı! Onların ağlında hələ də həmin Azərbaycan qalıb deyəsən… Amma ayılmaları lazımdır, özü də lap tez… Və ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev bu gün elə həmin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılıb. Özü də necə? Cəmil Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni terrorçu ilə dəyişdirilib. 
Deyəsən, ermənilər Azərbaycana terror törətməyə gəlib həbçilərimiz tərəfindən ələ keçən nadürüstlərini geri qaytarmağın bu sadə yolunu tapıblar. Amma əbəs! Odur ki, bölgədə yaşayan və ya çalışan vətəndaşlarımız son dərəcə diqqətli olmalıdırlar… Çünki nə qədər ki, Rusiya sülhməramlıları-hərbçiləri Qarabağdadır, belə təxribatçı əməllər davam edəcək…
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.