Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verir.
araz.az Kanal.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, Bakıdan uçan təyyarə İrəvana eniş edib.
Rüstəm Muradovun müşayiəti ilə iki hərbi əsir – Artur Nalbandyan və Armais Torozyan azərbaycanlı hərbçi Cəmil Babayevlə dəyişdirilir.
Qeyd edək ki, Avqustun 25-i Cəmil Babayev sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna keçib. Hüquq mühafizəçiləri onu saxlayıblar.
Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda – red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.