1631107658 mhkm 1

MM -dən baş prokurorluğa və MHŞ -ya göndərilən şikayətlər araşdırılmır.

Keçmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (2 BİİM) keçmiş hakimi Rüstəm Kərimlinin tutduğu yüksək postdan şəxsi mənafeyi adına yararlanması bu sətirlərin yazarının Nərimanov bələdiyyəsinə qarşı torpaq mülkiyyəti hüququ ilə bağlı iddiası üzrə işdə tam çılpaqlığı ilə üzə çıxıb. İlyarımlıq süründürməçilikdən sonra hakim adını daşıyan şəxs cavabdehlə qeyri-prosessual münasibətə girərək ƏMDK- dan saxta rəy aldırdı ki , bələdiyyənin mülkiyyətindəki torpaq sahəsi dövlət torpağıdır . Rəyin saxtalığına- doğruluğuna, torpağın dövlətə -bələdiyyəyə aidliyinə baxmayaraq , bələdiyyənin cavabdehlik daşıdığını bildirəndə isə gizlincə icraata xitam verib . Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən və məruzəçi hakim Vidadi Məmmədov, hakimlər Elmira xanım Nağıyeva və Həmid Həmidov ) 05.03.2020 tarixli qərardadla şikayətimi təmin edərək Rüstəm Kərimlinin saxta qərardadını ləğv etdi və işi Bakı İnzibati Məhkəməsinə qaytardı. Bu zaman Rüstəm Kərimlinin Sabunçu məhkəməsində hakimlik etməsi və “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı, Mülki və İnzibati Prosessual Məcəllənin 18-20 -ci maddələrinin əvvəllər işə baxılmasında iştirak edən hakimin həmin işə təkrar baxmasını qadağan etməsi işin başqa hakimə veriləcəyini diqtə edirdi. Amma , dədələrimiz demiş , sən saydığını say, gör Rüstəm Kərimli cavabdeh Nərimanov bələdiyyəsindən götürdüyü qeyri-prosessual öhdəliyi – rüşvəti necə sayır !?

Azərbaycan Respublikasının Dövlət bayrağı önündə ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağlna, yüksək hakim adına hörmət ruhunda davranmağa and içən hakim Rüstəm Kərimli andını 3-5 manata dəyişərək Sabunçu məhkəməsindən Bakı İnzibati Məhkəməsinə ezam olunub və məhz qərardadı ləğv olunan işə hakim təyin edilib! Ədalətsizliyə, qərəzə, yüksək hakim adına hörmətsizliyə, ləyaqətsizliyə fikir verin, qanunun tələbinə görə , işə baxmaqdan imtina etməli olan hakim Ədliyyə Nazirliyindəki , məhkəmədəki həmkarları ilə qeyri-prosessual ilişgi sonucunda ləğv edilən qərardadı üzrə işə özünü hakim seçdirir! (?) Belə “qərəzsi” , “ədalət” hakimi ilə heç işə baxılmasına da nail olmaq olmur, onda qala ədalətli qərar ola! İl yarımdır Rüstəm Kərimli işi gizlədir. Ali dövlət hakimiyyəti orqanlarına şikayətlər də sonuc vermədiyindən, məhkəmə hüquq sisteminə inam ölür. Milli Məclisdən (MM) Məhkəmə Hüquq Şurasına (MHŞ) göndərilən şikayətlərə MHŞ Aparatının məsləhətçiləri səviyyəsində “baxılır”. Bu günlərdə MM və Aparatının rəhbərliyindən qazinin şikayəti “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9-cu maddəsinə əsasən baş prokurorluğa göndərilib. Düzdür, əvvəllər də baş prokurorluğa belə müraciətlər göndərilirdi və baş prokurorluq da özündən uzaqlaşdırıb MHŞ-ya ötürürdü, indi, deyəsən, durum ciddidir. Axı, qərəz, qeyri -prosessual ilişgidə hakimin vətəndaşın məhkəmə təminatı hüququna qadağa qoyması göz qabağındadır!

Rüstəm Kərimli ƏƏSMN -ə qarşı iddianı da qərəzlə, Prezidentin fərmanını saxtalaşdıraraq telefon zəngi ilə mümkün saymayıb. Özbaşınalığa baxın, hakim iddianı dəqiqləşdirməyə 17 gün vaxt verib, amma dəqiqləşdirilmiş iddiaya baxmayıb. Bütün bunlar hakimin qazi ilə sövdələşməyə getməsi amacı ilə edilib. Aydın olsun deyə, bələdiyyəyə qarşı iddianın geri götürülməsi qarşılığında pensiya təminatı ilə bağlı ƏƏSMN -ə qarşı iddiaya baxılması hüququnun gerçəkləşəcəyini izah edək. Belə şərtlər isə məhkəmə hakiminin qıraqdan rüşvətlə idarə olunmasını göstərir. Məhkəmə Hüquq Şurası belə hallara son qoymaq əvəzinə, hakimləri “qorumaqla” məşğuldur. Elə bu günlərdə MHŞ Aparatının məsləhətçisi səlahiyyətlərinə aid olmadığı halda şikayətə cavab verib ki, 01.12.2020 tarixli qərardadla iddia mümkün sayılmayıb. Bizim araşdırmamız söhbətin məhz Rüstəm Kərimlinin qanunsuz icraatına verilən və ilyarımdır gizlədilən Nərimanov bələdiyyəsinə qarşı işdən getdiyini ortaya çıxarıb. Axı, 9 ay qabaq qərardad qəbul edilibsə, 5 günə verilməli idi və axı, bu iddia 3 il qabaq 2 saylı BİİM-də elə hakim Rüstəm Kərimli tərəfindən mümkün sayılıb ! Bir də tərəfləri çağırmadan necə işə qiymət verilə

bilər? Rüstəm Kərimlinin korrupsiyaya uğramasına hüquqi qiymət verilməsi üçün Prezident yanında korrupsiyaya qarşı mübarizə komissiyasının sədrinə və bütün üzvlərinə müraciət edilib. Son söz baş prokurorluqdadır : Cavabdehlə , həmkarları ilə qeyri-prosessual münasibətə girərək qazinin pensiya təminatı, müalicə, torpaq hüququnu mənimsəyən , bələdiyyədən rüşvət öhdəliyi götürən hakimin qeyri-prosessuallığının qiymətləndirilməsi öhdəliyini dövlət onun üzərinə qoyub.

Məğrur  BƏDƏLSOY

araz.az xəbər portalı.