Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 iyun tarixinə elan etdiyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar AKP rəsmilərinin Hollandiyada təşviqat aparmasına icazə verilməyəcək.
Bunu Hollandiyanın baş naziri Mark Rutte bəyan edib. O, bildirib ki, Ərdoğanın seçki kampaniyasının Hollandiyada aparılması ictimai qaydalara ziddir.
Açıqlaması ilə qalmaqala səbəb olacaq baş nazir Türkiyə rəsmilərini Hollandiyada görmək istəmədiklərini deyib. /AzVision.az /
araz.az xəbər portalı.