tia ecd03963fb863ca5a20cbffe963e0fdb 0c4ketnq3ri2bl9js68p 640x336

Rusiya Fövqəladə Hallar naziri Yevgeni Ziniçevin xilas etmək istədiyi şəxs – Aleksandr Melnik məşhur rejissor və ssenaristdir.

TİA.AZ xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Aleksandr Vladimiroviç Melnik 11 iyun 1958-ci ildə Luqansk bölgəsində anadan olub. Kinorejissor və ssenarist Rus Kinorejissorlar Gildiyasının üzvüdür.

Prodüser Anton Melnikin atası “Andreevski Bayrağı” film şirkətinin Baş direktoru, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, “Nika” Kinematoqrafiya Akademiyasının üzvü və “Nika” Mükafatı laureatıdır.

O, “Yeni torpaq” (“Новая земля”) və “Ərazi” (“Территория”) filimlərinin rejissorluğunu edib. 63 yaşlı Melnikin çəkiliş qrupunun operatoru olduğu və idarələrarası bir təlimlərdə çalışdığı deyilir.

Qeyd edək ki, Yevgeni Ziniçev sentyabrın 8-də həlak olub. Faciə Krasnoyarsk diyarının Norilsk şəhərində keçirilən təlim zamanı baş verib. Fövqəladə Hallar Nazirliyi nazirin vəzifə borcunu yerinə yetirərkən öldüyünü təsdiqləyib.

Rusiya Prezidenti Vladimir Putin nazirin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verən bir teleqram göndərib. Yevgeni Ziniçevin ölümünə Çeçenistan rəhbəri Ramzan Kadırov da münasibət bildirib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.