Sabah Muzeydə, qədim ənənələrə uyğun şəkildə, xalçanın hanadan kəsimi mərasimi keçiriləcək
Azərbaycan Milli Xalça Muzeyindən araz.az-a daxil olan məlumata görə, Muzeyin Ənənəvi Texnologiya Şöbəsində Qarabağın “Çələbi” xalçası hazırlanıb. Məlumatda deyilir ki, bu xalça 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş etdirilən unikal xalçanın tam replikasıdır.
Bu məlumatda, bu xalçada ara sahənin mərkəzində “Çələbi” xalçalarına xas eyni quruluşlu iki Göl elementinin verilməsi xüsusi vurğulanıb. Qeyd olunub ki, ümumiyyətlə, Qarabağ xalçaçılığında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı Göl elementi hər tərəfə şüalarını yayan Günəşin rəmzi olub, həm də İlahi Nura işarədir.
Verilən məlumatda o da bildirilir ki, sabah Azərbaycan Milli Xalça Muzeyində “Çələbi” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi mərasimi keçiriləcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.