Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetində baş redaktor dəyişikliyi olub.
araz.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə YAP-ın İdarə Heyətinin bugünkü iclasında qərar verilib.
Qəzetin baş redaktoru Hikmət Babaoğlu tutduğu vəzifədən azad edilib. Onun yerinə Alqış Musayev (Həsənoğlu) gətirilib.
Xatırladaq ki, A.Musayev 1997–2008-ci illərdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
O, Azərbaycan Respublikası II çağırış Milli Məclisin (2000-2005) deputatı olub. Alqış Musayev parlamentdə 14 saylı Qaradağ seçki dairəsini təmsil edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.