Astarada 2017-ci ilin son aylarında istifadəyə verilən və dağ kəndlərini birləşdirən Təxtənəkəran-Miki avtomobil yolunun ayrı-ayrı hissələrində asfalt örtüyü tədricən sıradan çıxmağa başlayıb.
APA-nın cənub bürosunun məlumatına görə, nəticədə bir neçə yerdə çatlar və çalalar əmələ gəlib.
Yolda çalaların sayı artmaqdadır. Yolun bəzi hissələrində qaya parçaları, bəzi hissələrində isə torpaq qatı sürüşüb.
Sakinlərin sözlərinə görə, asfalt örtüyündə problem əsasən yolun 3-cü kilometrliyindən yaranıb. Təxtənəkəran-Miki avtomobil yolundan ümumilikdə 10 kəndin sakinləri istifadə edir.
araz.az xəbər portalı.