Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.
Publika.az xəbər verir ki, bu haqda Ermənistan KİV-i yazıb.
Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazirliyinə qarşı etiraz aksiyaları aprelin 13-də başlayıb. Aprelin 17-də isə Nikol Paşinyan “məxməri inqilab”ın başlandığını bəyan edib. Polis nümayişçilərə qarşı güc tətbiq edir. Etirazçılar onların təcili azad edilməsini, baş nazir Serj Sarkisyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Ömər Dağlı
araz.az xəbər portalı.