ermmmeed.jpg

Ermənistanda etiraz aksiyalarına tələbələrin ardınca hərbçilər də qoşulub.

“Qafqazinfo”xəbər verir ki, yürüşlərdə çoxlu sayda hərbçi iştirak edir. Ermənistan hərbi polisi bildirib ki, hərbçilərin hərəkətləri nəzarət altındadır.

Müdafiə naziri Viqen Sarkisyan isə qeyd edib ki, ordu və  polisi mitinqçilər tərəfə keçməyə səsləmək demoqoqluqdur. Nazir belə bir addımın vətənə xəyanətə bərabər olduğunu xatırladıb.

Qeyd edək ki, bugünkü aksiyada çoxlu sayda din xadimi də iştirak edir.

Xatırladaq ki, nümayişçilər Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə etiraz edirlər. “Elk” fraksiyası rəhbəri, deputat Nikol Paşinyanın aprelin 13-dən bəri başlatdığı mitinq və yürüşlər artıq 10 gündür ki, fasiləsiz olaraq davam edir. Baş nazir Sarkisyanın mitinq təşkilatçısı Paşinyanla ötən gün baş tutan dialoqu isə nəticəsiz qalıb. Görüşdən dərhal sonra deputat Paşinyan iki həmkarı ilə birgə saxlanılıb və hələ də, polis nəzarətindədir.

Ermənistan hökuməti isə xalqın diqqətini daxili proseslərdən dağıtmaq üçün ənənəvi üsula əl atıb. Belə ki, Ermənistan Müdafiə naziri açıqlama verərək Azərbaycan Silahlı Qüvvələrinin bütün canlı qüvvəsini və texnikasını Qarabağla sərhədə yerləşdirdiyini bəyan edib. Azərbaycanın Müdafiə Nazirliyi isə bəyanat yayaraq Ermənistanın bu açıqlamasını təxribat adlandırıb:

“Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır. Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir”.

[bt_youtube url=”https://youtu.be/wpJ8rTKXU9w” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.