WhatsApp Image 2021 09 17 at 19.14.01

Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a verilən xəbərdə bildirilir ki, bu ölkənin nüfuzlu “Noi” xəbər portalında rus və rumın dillərində Avropa Şurasının Qarabağdakı mina xəritələrinin təqdim edilməsilə bağlı Ermənistana çağırışına dair məqalə dərc edilib. Həmin məqalədə deyilir ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya Komitəsi tərəfindən verilən Bəyanatda, Ermənistanın Azərbaycanın işğaldan azad edilən ərazilərində basdırılmış bütün minaların xəritələrini verməsinə dair çağırış edilib.
Moldovanın məşhur bu xəbər portalının həmin məqaləsində, həm də, Komitənin hər iki ölkə üçün, ikinci Qarabağ müharibəsinin humanitar nəticələrinin aradan qaldırılması məqsədilə, qısa və uzunmüddətli perspektivlərə əsaslanan bir sıra tövsiyələr hazırladığı bildirilir.
Məqalədə o da qeyd edilir ki, Komitə noyabrda imzalanmış üçtərəfli Bəyanatdan sonra, mina partlayışları nəticəsində 159 azərbaycanlının öldüyünü və ya yaralandığını təəssüf hissi ilə bildirib və Ermənistanı bütün minalanmış ərazilərin xəritələrini dərhal verməyə çağırıb.
Dəyərli oxucularımızın və ictimaiyyətin diqqətinə çatdırırıq ki, həmin
məqalə ilə aşağıdakı linklərdən daha ətraflı tanış olmaq mümkündür:
https://noi.md/ru/v-mire/sovet-evropy-prizval-armeniyu-obnarodovati-karty-vseh-minnyh-polej-v-karabahe
https://noi.md/md/in-lume/consiliul-europei-a-cerut-armeniei-sa-publice-hartile-tuturor-cimpurilor-minate-din-karabahWhatsApp Image 2021 09 17 at 19.18.37

araz.az xəbər portalı.

araz.az xəbər portalı.