6144ac1b2385d6144ac1b2385e16318904596144ac1b238596144ac1b2385bjpg 1631891804

Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Türkiyənin Ali Təhsil Şurasının (YÖK) üzvü, professor Zeliha Koçak Tufan və YÖK-ün sədr müavini, professor Rahmi Ərlə görüşüb.

araz.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyinin məlumatında bildirilib.

Görüşdə Türkiyə universitetlərində illik təhsil haqqının artırılması və artımın təhsilini davam etdirən tələbələrə də şamil olunması ilə bağlı Səfirliyə daxil olan şikayətlər YÖK səlahiyyətlilərinin diqqətinə çatdırılıb.

“Məsələ müşavirliyimiz tərəfindən universitet rəhbərlikləri ilə müzakirə edilərkən onlar bunu 2021-2022 tədris ili üçün təhsil haqqını müəyyən edən “Cumhurbaşkanlığı Genelgesi”nə (prezidentin təhsil üzrə hər il verdiyi qərarnamə) görə etdiklərini bildiriblər. Bu məsələ də YÖK səlahiyyətlilərinin nəzərinə çatdırılıb”, – deyə məlumatda qeyd olunub.

Zeliha Koçak Tufan və Rahmi Ər qeyd olunan məsələ ilə yaxından maraqlandıqlarını vurğulayıblar. Bildirilib ki, YÖK-də sözügedən qərarla bağlı mütəxəssislərdən ətraflı məlumat alınıb, qərarın sadəcə 2021-2022 tədris ili üçün nəzərdə tutulduğu və təhsilləri davam edən tələbələrə aid olmadığı müəyyən olunub: “YÖK rəhbərliyi təhsili davam edən tələbələrin təhsil haqqına universitetlər tərəfindən sadəcə illik inflyasiya faizini əlavə etmələrinin doğru olduğunu və məsələ ilə bağlı Türkiyədəki ali təhsil müəssisələrinə xəbərdarlıq ediləcəyini bildirib”

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.