“Şaurma №1” rəhbəri Fərid Zalov özünü restoranlar şəbəkəsinin ortağı kimi təqdim edən Aqil Babayevlə bağlı açıqlama verib.
araz.az xəbər verir ki, restoranlar şəbəkəsinin rəhbəri Fərid Zalov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, “12-ci İmam” kimi təqdim edilən Aqil Babayev heç vaxt “Şaurma №1” restoranlar şəbəkəsinin şəriki olmayıb:
““Şaurma №1” restoranlar şəbəkəsi 1998-ci ildə fəaliyyətə başlayıb və hazırda da ölkə üzrə 20-dən çox filialda “Şaurma N1” brendi altında xidmət göstərir. Həmin restoranlar şəbəkəsi təşkilati hüquqi forma baxımından sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində dövlət qeydiyyatından keçərək müvafiq vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alıb.
“Şaurma №1” restoranlar şəbəkəsi fəaliyyətə başladığı gündən bu günə kimi heç bir fiziki və ya hüquqi şəxslə ortaqlığı olmayıb.
Kütləvi informasiya vasitələrinin və xəbər portallarının bu mövzu ilə əlaqədar xəbər paylaşarkən daha diqqətli olmalarını, yalnız dəqiqləşdirilmiş məlumatların paylaşılmasını xahiş edirik.”
Fərid Zalov bildirib ki, dərc edilən xəbərlərin işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan yalan məlumatlar kimi tanınaraq təkzib edilməsi, eləcə də işgüzar nüfuza dəyən zərərin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.