qadin-zorakiligi.jpg

Qadın cinayətləri, qadına qarşı zorakılıq, qadın istismarı, qadın haqları, qadın azadlığı, köhnə sevgili, həyat yoldaşı dəhşətə səbəb oldu…
Son zamanlarda tez-tez eşitdiyimiz bu ifadələr insanlara hədsiz narahatlıq verir, hüzursuzluqlarını getdikcə artırır. Lisey şagirdi Helinin məktəbdə tüfənglə vurulması, küçənin ortasında hicablı bir qadının psixopat tibb tələbəsi tərəfindən durduq yerə yumruqlanması, suriyalı hamilə qadının övladı ilə birlikdə öldürülməsi, Bursada 8 aylıq hamilə qadının 8 müxtəlif nahiyədən bıçaqlanaraq öldürülməsi, həyat yoldaşı ilə boşanma ərəfəsində olan qadın və iki uşağının Adabazarında sığındığı atası tərəfindən öldürülməsi, Zonquldakda həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı üçün sığınma evinə yerləşən qadının həyat yoldaşı və uşaqlarının təcavüzünə dözə bilməyib özünə ev tutanda oğlu tərəfindən tapılıb bıçaqlanması, Batmanda bacısını işgəncə ilə öldürən qardaş kimi saymaqla bitməyəcək zorakılıq xəbərlərini demək olar ki, hər gün eşidirik.

Qadınlara yönəlmiş bu zülm ölkəmizi əhatəyə alan bəla deyil. Bu zülm ölkə xaricində da çox geniş yayılıb. Mədəniyyətin beşiyi olaraq tanınan Avropada bir italyan 19 yaşındakı dayə rumın qızını zirzəmidə 10 il metal zəncirlərlə əsir saxlayaraq hər cür işgəncə və istismara məruz qoyur. 10 il boyu natəmiz, köhmə zirzəmidə saxlanılan və davamlı olaraq işgəncəyə məruz qalan qadın iki uşaq dünyaya gətirir. Hətta bədənində açılan dəri yarıqlarını öz əli ilə tikməyə məcbur edilir. 10 ildən sonra isə mürtədin maşınında uşaqlarından birinin zəif vəziyyətindən şübhələnən polis vəsiləsi ilə qadın və uşaqları bu cəhənnəm kimi həyatdan xilas edilir.
Qanunda islahatlar aparmaqla saymaqla nümunələrini bitirə bilmədiyimiz, xüsusilə ölkəmizdə də getdikcə artan bu bəlanın qarşısını almaq lazımdır. Bu zalımların heç cür geri çəkilməməsi, əksinə bir-birindən cəsarət tapıb daha da azğınlaşması islahatların çox zəif olduğunun, bu tiplərin qanun çərçivəsində başlarının yetərincə əzilmədiyinin göstəricisidir. Qadınlara fiziki zərər verənlər, öldürənlər üçün ömürlük həbs cəzası verilsə, bütün bu heysiyyətsizlər cəmiyyətə tanıdılsa, davamlı təhqir olunsa və bu heysiyyətsizlikləri hər yerdə üzlərinə vurulsa, cəmiyyət bunlara qarşı davamlı tədbir alsa, onlarla il xalqa unutdurulmayacaq əncam çəkilsə, hüquq-mühafizə orqanları nəfəs aldırmayacaq sıxlıqda axtarış, sorğu, tədbir tətbiq etmə bacarığına sahib olsa, bu hadisələr davam etməz. Çünki bu şərtlər altında bir insan hər hansı bir cəmiyyətdə həyatını davam etdirə bilməz. Heç kim belə bir təhqiri, belə əzablı həyatı istəməz. Bu cür tədbirlərin alınmadığı hər gün nə qədər insan həyatını itirir, qadınlar işgəncələrə məruz qalır. Qadına qarşı zorakılıq göstərənlərə baxanda hamısının çox sayda problemi, narahatlığı, anormallığı olduğunu və zəif, gücsüz, impotent, şəxsiyyət və mühakimə qabiliyyəti normal olmayan şəxslər olduqlarını görürük.
Kişilərin qadınlara zorakılıq tətbiq edəndə göz dağı verdiyini və ya qadını diz çökdürdüyünü zənn etməsi onların ən böyük axmaqlıqlarından biridir. Çünki qadına zərər verməyə cəhd edən hər kəsin bu vəhşiliyi əqli zəifliyinə, bədəncə əskikliklərinə görə etdiyi göz qabağındadır. Bu şəxslərin yaşadığı dərin dəyərsizlik kompleksi və həsəd duyğusu ağıllı düşünmələrinə mane olur. Əxlaqsız, bəsit, zəif olan bu şəxslər qadınlara çox iyrənc gəlir və bunun nəticəsində qadınlar bu əxlaqsızlardan uzaqlaşırlar. Bu ruhi xəstələr qadından mənasız bir səbəblə özünü üstün gördüyü üçün və hər qadın onlara nə qədər alçaq, əzik kimsələr olduğunu xatırlatdığı üçün qadınlara zərər verməyə cəhd edirlər. Sadəcə fiziki baxımdan qadından güclü olduğuna görə hər yöndən özünü qadından üstün görən ağlı zəif şəxslər azğınlıq yolunu seçirlər. Qadının ağlının, sevgisinin, əxlaqının, gücünün özündən üstün olduğuna şahid olanda və qadınların onları iyrənc hesab etdiklərini görəndə özlərini düzəltmək, Allaha olan inanclarını, sevgilərini, qorxularını artırmaq yerinə, vəhşiləşməyi üstün tutur və hücum edərək, öldürərək əslində özlərində olan əskiklikləri ört-basdır etdiklərini zənn edirlər.

Halbuki bir şəxsdə Allah sevgisi, Allah qorxusu, iman çox güclü olanda o dünyanın hər yöndən ən mükəmməl varlıqlarından birinə çevrilir. Çünki imanı güclü olan və özünü Allaha, Qurana həsr etmiş bir şəxsin ağlı da çox kəskin, çox açıq olur. Quran ilə Allahın vəhyi ilə hərəkət edəndə çox mükəmməl bir ağıl təzahür edir. Bunun nəticəsində də şəxsin hər sözü çox təsirli olur həmçinin çox sevilən, çox mükəmməl bir insan olur. Bu üstün əxlaq xüsusiyyətlərinə sahib olan şəxslərin örnəkləri də tarixdə görülmüşdür. Peyğəmbərlər yaşadıqları dövrün ən seçilmiş, ən sevilən və ən heyran olunan insanları idilər. Hamısına yüzlərlə aşiq, özünü heybə edən xanımlar var idi. Çünki qadın sevgiləri çox yüksək idi. Qadınlara çox dəyər verirdilər. Onlar üstünlüyün cinsiyyətlə yox, təqva ilə olduğunun çox dəqiq şüurunda olan insanlar idilər. Hamısı böyük şəxsiyyətli və keyfiyyətli idilər. Dövrün iman gətirənləri üçün Peyğəmbərlər öz canlarından daha üstün insanlar idi. Digər millətlər və öndə gələnlər üçün hörmət duyulan kimsələr idi. Yəni imanın gətirdiyi üstün dəyərin həyatlarının hər sahəsində görüldüyü çox uca örnəklər idi. Bir ayədə Allah belə buyurur:

«Allahın Elçisi sizlərə -Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.» (Əhzab surəsi, 21)

Nəticədə dövrümüzün ən geniş yayılmış problemlərindən biri olan qadına qarşı zorakılığın tək həlli cəmiyyətə imani təlim verilməsi, uşaq yaşdan etibarən Allah sevgisi, Allah qorxusunun qəlblərə yerləşəcəyi şəkildə yetişdirmə siyasəti izlənməsi və hər cür azğınlığın, zülmün qarşısını alan islahatlar keçirilməsidir. Qadın zülmü yerinə qadın sevgisinin hakim olması ancaq imanla və imanın verdiyi ağılla hərəkət etməklə mümkün olacaq.

Nezaket-Bedirova.jpeg

Nəzakət Bədirova

araz.az xəbər portalı.