dollar 3Çinin “Pinduoduo” elektron ticarət platformasının qurucusu Kolin Hanq bu il dünya üzrə sərvətini ən çox itirən şəxs olub.

“Margin.az” xəbər verir ki, bu barədə “Bloomberg Milyarderlər İndeksi”ndə qeyd olunub.

Məlumata görə, Çin hökumətinin internet nəhənglərinə qoyduğu məhdudiyyətlər “Pinduoduo”nun səhmlərinin azalmasına səbəb olub və şirkətin qurucusunun sərvəti 27 milyard dollar azalıb. Bu, 500 nəfərlik indeksdə ən böyük düşüşdür.

Bildirilib ki, 2015-ci ildə qurulan və qısa müddətdə bir elektron ticarət nəhəngi halına gələn “Pinduoduo”nun səhmləri bu il “Alibaba Group” və “Tencent”in səhmlərindən çox ucuzlaşıb. Şirkətin səhmləri bu ilin əvvəlindən etibarən ABŞ Birjasında 44%, “Alibaba”nın səhmləri 33%, “Tencent”in isə 18% ucuzlaşıb.

 

 

araz.az xəbər portalı

araz.az xəbər portalı.