bandicam 2021 09 18 15 41 47 756Bu gün 17.09.2021-ci ildə AMEA-nın Dilçilik İnstitutunda baş vermiş növbəti qanunsuzluğa, özbaşınalığın rəsmiləşdirilmısinə, qurumun elmi-tədqiqat mehvərindən tamamilə çıxarılmasına, intriqaların, alverin, fırıldaq və kələklərin, saxtakarlığın körüklənməsinə, idarəçiliyin karikaturaya çevrilməsinə, heç bir idarəçilik səriştəsi, qabiliyyəti olmayan, prinsipi prinsipsizlik olan, bütün qanunsuzluqların reallaşdırılmasında bir neçə iri akademik tərəfindən öz məqsədləri üçün alət kimi istifadə edilən, vəzifə məsuliyyətinin nə olduğunu dərk edə bilməyən birisinin Azərbaycan dilçiliyinə rəhbər təyin olunmasına, ölkə elmini bərbad günə qoymaqda maraqlı olan həmin akademik şəbəkənin onu zorla vəzifədə saxlamasına rəsmi münasibət bildirilməsi və ictimaiyyətə arayış verilməsi AMEA rəhbərliyindən, şəxsən AMEA prezidenti Ramiz Mehdiyevdən tələb olunmalıdır!

Qanunsuzluğu himayə edən akademik şəbəkənin dövlətdən maliyyələşib harınlaması, mədhiyyələr oxuyub dövlətin maraqlarına zidd işlər çevirməsi heç bir idarəçilik ədəbinə, alim adına və əxlaqına yaraşan iş deyil. Hesab edirəm ki, Prezident Administrasiyası tərəfindən AMEA-dakı qanunsuzluqların qarşısının alınması üçün ciddi müdaxilə edilməsi zərurətdir, çünki bu qurumda dövlətimiz üçün zərərli, neqativ proseslər gedir!

AMEA Nəsimi adına Dilçilik İnstitutunun filologiya elmləri doktoru İDRİS ABBASOV

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.