“Vəzifədən böyük pullar qazanan şəxslərin bir qismi bizneslə məşğul olub şirkətlər açanda birdən yadlarına düşdü ki, orta məktəb də yaxşı gəlir gətirir. Özü də necə gəlir?! Orta məktəb təsis etməyə başladılar. Hər uşağa 7 min manatdan 10 min manata qədər təhsil haqları müəyyənləşdirirlər. Varlıların açdığı yaraşıqlı məktəblər kasıb ailələrin istedadlı uşaqlarının üzünə bağlıdır”.
araz.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.
O qeyd edib ki, istedad pulla ölçülmür: “Kasıb ailələrdən çıxan xeyli istedadlı uşaqlar var ki, orta və ali məktəbləri yüksək nailiyyətlə başa vururlar. Dünyada istedadlı uşaqları çıraqla gəzirlər, onları oxudurlar, işlə təmin edirlər. Bu, bizim varlılar üçün meyar deyil. Meyar yalnız puldur. “Pulun varsa, gəl oxu” prinsipi xeyli istedadın sönməsinə səbəb olur. Özəl məktəb sahibləri! İstedadlı kasıb uşaqlara heç olmasa 10 faiz kvota ayırın. Milləti siz də sevin! Onlar gələcəkdə sizin məktəbi təmsil edəcəklər və sizə reytinq qazandıracaqlar. Axı yaratdığınız məktəb bu dövlətdən qazandığınız vəsaitin hesabınadır. Orda kasıbların da vergi payı var”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.