adilaliyev66

“İnsanıq, düşməni tam məhv etmək fikrində də deyilik. Müəyyən problemlərimiz var, sərhədlərin demarkasiyası və delimitasiyası müzakirə olunur. Görürsünüz, dünya bizə qarşıdır. İşğal altında olan torpaqlarımızda 30 il vəhşi heyvanlar saxladılar, dünya ictimaiyyəti bir söz demədi. Düşmən kilsəsinin bir kərpici düşəndə dünyanı üstümüzə qaldırırdılar”.

araz.az Pravda.az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, Azərbaycanı sevən, dəstəkləyən dövlətlər azdır: “Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində 44 günlük Vətən müharibəsində qalib gəldik. Azərbaycana qarşı olan dövlətlər müharibə dövründə susqunluq nümayiş etdirdilər. Düzdür, dəstək verməsələr də, bəyanatlar da səsləndirmədilər. Dövlətimiz müharibəni beynəlxalq qanunlara riayət edərək apardı. Hansısa qanunu pozsaydıq, ölkəmizi sanksiyaya məruz qoyardılar, beynəlxalq qurumlardan təcrid edərdilər, sərhədlərimizi bağlayardılar, Suriyaya, Liviyaya, İraqa çevirərdilər. Şəhidlərin qanı bahasına əldə edilən qələbəni tam hesab etməyənlər də var. Azərbaycana Allah kömək oldu, xalqımız birləşməyi bacardı”.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.