yerev8

Ermənistan polisi İrəvanda iki Türkiyə vətəndaşının saxlanılması ilə bağlı mətbuatda dərc olunan xəbərləri təkzib edib. Bu barədə News.am polisin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, sentyabrın 19 -da saat 18: 07 -də polisə İrəvandakı zərgərlik mağazalarından birində üç şübhəli şəxsin – “Azərbaycandan gələn casusların” peyda olunması ilə bağlı anonim zəng daxil olub.

Bir neçə dəqiqə sonra polis əməkdaşları göstərilən yerə gəlib. Naməlum şəxslər polis bölməsinə aparılıb. Araşdırmalardan sonra casusluqda şübhəli bilinənlərin İrandan gələn turistlər olduğu məlum olub. Saxlanılanlar sərbəst buraxılıb.

virtualaz.org

araz.az xəbər portalı.