NAzim-Ibrahimov.jpg

Ölkə Prezidenti İlham Əliyev hökumətin yeni üzvlərinin təyinatı ilə bağlı sərəncam imzalayıb və bu sərəncama əsasən millət vəkili Fuad Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Prezidentin digər bir sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutduğu vəzifədən azad edilib.

Veteninfo.az-a Fuad Muradovun komitəyə yeni sədr təyinatı ilə bağlı danışan Nazim İbrahomov bildirib ki, o hər zaman Fuad Muradova dəstək olub və bundan sonra da diaspor işində yaxından köməklik edəcək: “Fuad Muradov bizim əziz qardaşımızdı onu bu vəzifəsində ilk olaraq təbrik edirəm. Eyni zamanda qeyd edim ki, Fuad Muradov digər sahələrdə də çalışan zaman ona yaxından bir dost kimi dəstəyimi əsirgəməmişəm. Azərbaycan diasporununn daha da güclənməsi istiqamətində də ona dəstəyimi göstərəcəm”.

araz.az xəbər portalı.