1632208279 img 20210920 wa0020 1DogruXeber.az: – Son günlərin gündəm mövzularından biri də “Tender” mövzusudur.
Hansı ki, bu adla bir çox qurumlar dövlət büdcəsindən külli miqdarda pul mənimsəyirlər.

Bu əsasən katirovka sorğusu baş tutmadan bağlanan müqavilələr zamanı mümkün olur.

“DogruXeber.az” İnformasiya agentliyinin redaksiyasına yaxınlarda daxil olan məlumata görə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da tender elan etmədən, Dövlət Satınalma Portalında katirovka sorğusu baş tutmadan, həmçinin katirovka sorğusunun baş tutmama səbəbləri barəsində əvvəlcədən mediada məlumat vermədən “SİNAM” MMC İlə tender müqaviləsi imzalayıb.

Sözügedən məlumatla əlaqədar yaranmış suallarımızı cavablandırması üçün M.Fizuli adına Əlyazmalar İnstitutunun elektron ünvanına rəsmi sorğu göndərdik.

Lakin, əsaslı suallarımıza verdikləri “dilucu” əsaslandırılmamış cavabları isə o deməkdir ki, sözügedən institut bağlanmış müqavilədəki şübhəli məqamları ört basdır etməyə çalışır.

İnstitutun sorğumuza göndərdiyi cavabı olduğu kimi təqdim edirik:

“Sizin 14 sentyabr 2021-ci il tarixli, 65 saylı sorğunuza cavab olaraq bildiririk ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ERP sisteminə 2021-ci ildə texniki xidmətin göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinə müraciət olunmuş və həmin qurumda məsələyə aidiyyəti üzrə baxılmışdır. Həmin qurumdan institutumuza göndərilən 12 iyul 2021-ci il tarixli, AİBNDX 15/01-5/14993 saylı məktubla «SINAM» MMC-nin bir mənbədən satınalma metodunu tətbiq etməklə xidmət göstərməsinə etiraz edilmədiyi bildirilmişdir. Məktubda göstərilən və qanunla müəyyən edilmiş bütün tələblərə riayət olunmaqla «SINAM» MMC ilə birbaşa müqavilə bağlanmışdır.

Digər suallarınıza cavab olaraq bildiririk ki, «SINAM» MMC-nin texnoloji işlərdə təcrübəsi var, maliyyə sənədləri qaydasındadır. Uyğunluq sertfikatı da mövcuddur.

Hörmətlə, baş mühasib.”

Amma, deyəsən sualımızı cavablandıran baş mühasib “qanunla müəyyən edilmiş bütün tələblərə uyğun olaraq” deyərkən prosedur qaydalarına görə əvvəlcədən müqavilə barəsində mediada ‘tender” elanı verilməsi, həmçinin müqavilə imzala tələbi, həmçinin baş tutmayan katirovka sorğusunun baş tutmama səbəbləri barəsində media vasitəsilə ictimaiyyətə məlumat verilməsi tələblərini də yerinə yetirməli olduqlarını unudub sanırıq.

Odur ki, biz məlumatı olduğu kimi dərc etdik, araşdırıb, barəsində tədbir görmək isə aidiyyatı qurumların üzərinə düşür.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.