ramil 660x330 1Beyləqan Rayon Mərkəzi Xəstəxanasının önündə vətəndaşların incidilməsilə bağlı reportaj hazırlayan jurnalist, Realmedia.az saytının rəhbəri Ramil Məhəmmədoğlu həmin xəstəxananın daxili mühafizəçiləri tərəfindən döyülüb. Jurnalist Azinforum.az-a açıqlamasında bildirib ki, əvvəl mühafizə ondan çəkilişi dayandırmağı tələb edib: “Mən öz peşə fəaliyətimlə məşğul olduğumu dedim. Əlimdən telefonların alıb, çəkilişləri silmək istədilər. Mən vermədim. 3-4 nəfər mühafizəçi məni bərk döyüb, xəsarət yetirdilər. Telefonumu isə sındırdılar. Hazırda Məhkəmə Tibbi Ekspertizası mənə yetirilən xəsarətlə bağlı rəy hazırlayır. Bu hərəkəti jurnalist fəaliyyətimə qarşı qanusuz müdaxilə sayıram və hüquq mühafizə orqanlarından məsələnin araşdırılaraq, günahakrların məsuliyyətə cəlb edilməsini tələb edirəm”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/ZXDjxt8AGo8′” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Hüseyn, Azinforum.az

araz.az xəbər portalı.