6149e400d2cdd6149e400d2cde16322324486149e400d2cda6149e400d2cdcjpg 1632233000

“Mətbuatın dili: normalar və qaydalar” kitabı çapdan çıxıb.

 Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat paylaşıb.

Bildirib ki, vəsaitdə KİV-lərin dili üzərində aparılmış monitorinqlərin nəticələri ifadəsini tapıb.

Azərbaycan Mətbuat Şurasının Dil üzrə monitorinq qrupu apardığı tədqiqatlarda leksik, qramatik, üslub və ifadə pozuntularını aşkara çıxarıb, bu sahədə müasir Azərbaycan dilinin işlənməsindəki tendensiyaları izləyib, müsbət və özünü biruzə verən mənfi cəhətləri yüzlərlə konkret misallar əsasında şərh edib.

Monitorinqə 50-yə yaxın media vasitəsi cəlb edilib. Tədqiqatçı alimlər – İlham Abbasov, Bəhrəm Məmmədov və İlkin Əsgər kitab üzərində gərgin və məhsuldar zəhmət sərf eləmələri göz önündədir. Kitabın redaktoru və ön sözün müəllifi Mərbuat Şurasının sədri Əflatun Amaşovdur. Rəyçi isə filologiya üzrə fəlsəfə doktotu Nəsibə Abbasovadır.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.