16jpg 1632308792əSentyabr ayının 26-da alman xalqı “dəmir frau” ilə vidalaşır. Almaniyada hər kəsi bir sual düşündürür, 67 yaşlı Angela Merkeli kansler vəzifəsində kim əvəz edəcək, onun gedişindən sonra dünya siyasətində nələr dəyişəcək?   16 illik hakimiyyəti dövründə Merkel öz ölkəsinin böhran dövründə menecerinə çevrildi. Dünya siyasətində qlobal hava dəyişilliyinə, maliyə bazarının çökməsinə, humanitar fəlakətlərə və  nəhayət pandemiyanın ağır nəticələrinə sinə gərdi. 
  
Buna baxmayaraq, Almaniyada iqtisadi vəziyyətin ağırlaşmasında, avtomobil sənayesinə vurduğu zərbəyə, təkbaşına miqrantlar üçün sərhədlərin açılmasına icazə verməsinə görə qınayanlar da az deyil.
  
Angela Merkelin gedişindən sonra Almaniyanın və Avropanın düşəcəyi vəziyyətə aydınlıq gətirən Moskvadakı Bismark cəmiyyətinin sədri Mixail Qolovanov aydınlıq gətirməyə çalışıb. “Merkel həqiqətən unukal siyasi xadimdir. Almaniya tarixində ilk qadın kanslerdi. Bu vəzifəni 16 il, hətta Almaniya Federativ Respublikasının yaradıcısı Konrad Adenhauerdən də çovx daşıyıb. Hitler də bu vəzifəni cəmisi 12 apara bilib.  Merkeli istəməyənlər onun 16 hakimiyyətdə olmasını tənqid edərək, onu əvəzolunmaz şəxs kimi RF-nın prezidenti  Putinə də bənzədirlər.
  
Merkel alman mentalitetinə tam uyğun bir seçim oldu. Əbəs yerə onu almanlar “Mutti”- “anacan” adlandırmırdılar. O, həqiqətən də, bir çox hallarda alman xalqına analıq etdi.
  
Merkel hakimiyyətinin epoxasına nəzər salsaq, görərik ki, onun fəaliyyəti təqdirə layiq olub. Kansler çoxsalı böhran vəziyyətlərindən alnı açıq çıxa bilib, Ukrayna müharivəsi, miqrasiya böhranı və pandemiya fəlakəti dövrlərində yorulmadan çalışıb.Merkelin danışıqlar aparmaq bacarığı, beynəlxalq münasibətlərdə heç bir şübhə doğrultmur”

Amma görünən odur ki, onun da uzun müddət hakimiyyətdə qaması,  artıq alman xalqını yorub. “Merkel muss weg” ( Merkel artıq getməlidir) şüarları küçələrdə və sosial şəbəkələrdə daha çox sələnməyə başlayıb. Merkelin özü də artıq hakimiyyətdə qalmaqdan bezib. Rəhbərlik etdiyi partiyada da düşünürlər ki, “anacanın” artıq dincəlmək vaxtıdır.
  
Hazırda Almaniyada keçirilən sorğular göstərir ki, sosial-demokratların reytinqi ciddi surətdə digər partiyaları üstələyir. Xüsusilə də yaşlı nəsil Almaniyanın keçmişdə necə gözəl yaşadıqlarını xatırlayırlar, xüsusilə də Herhad Şrederin kanslerliyi dövründə. İndi onu kansler postunda əvəzləyəcək adam, yığılıb qamış daxili problemlərin və milli maraqlar balansını öz xeyirlərinə dəyişmək yollarını tapmaq barədə düşünməlidir.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.