QAUQUAUMİYAUUU 

Son aylar beynəlxalq tibbi elmi arenada uğurlar qazanmış Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayevə Almaniyada çalışdığı Universitet Klinikasında yüksək etimad göstərilib.

araz.az  xəbər verir ki, Köln Universitet Klinikasının diaqnostik və invaziv Radiologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışan Nuran Abdullayev İşemik İnsult tədqiqatlarının rəhbəri təyin edilib.

N. Abdullayev Almaniyada böyük elmi mərkəzdə müvafiq vəzifəyə təyin olunan yeganə gənc azərbaycanlıdır. O, beynəlxalq elmi arenada insult xəstələri ilə bağlı nüfuzlu elmi jurnallarda ən çox elmi tədqiqatları dərc olunan və aktiv elmi-praktik fəaliyyətlə məşğul olan ilk gənc azərbaycanlı kimi tanınır.

N. Abdullayev Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc həkimlərdən biridir. Kəskin işemik beyin insultu xəstələrinin damardaxili operativ müalicəsində onun ideya müəllifi olduğu yeni layihənin ilkin praktik sınaqları bir neçə ay öncə uğurla keçib. Bu layihə çərçivəsində həmyerlimizin kəşf etdiyi və beyin əməliyyatlarında tətbiq olunacaq alətin hazırda Avropada patentləşməsi və eyni zamanda Avropanın bütün insult mərkəzlərində istifadəsi üçün “CE” sertifikatlaşması prosesi davam edir.

N. Abdullayev bir neçə gün öncə Almaniya Azərbaycanlıları Alyansı (AAA) İdarə Heyətinin sədr müavini də seçilib

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.