176062.jpg

Xanlıq kəndinin erməni “icra nümayəndəsi”:”Kənddə günbəgün, aybaay ermənilər çoxalır…”
Ermənilərin “İşxanadzor” adlandırdıqları Qubadlının Xanlıq kəndindən iki həftə öncə çəkilmiş video-görüntülər yayılıb.

Moderator.az KarabakhTV-yə istinadən Xankəndindəki separatçı “ArtsakhTV” kanalının Azərbaycanın bu qədim kəndindən yayımladığı reportajı Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla nəzərinizə çatdırır.
Videodan bəlli olur ki, ermənilər Xanlıqda yeni evlər tikir. Onlarla ev artıq istifadəyə verilib. Kiçik də olsa, stadion tikilib…
Danışanlar kəndin “icra nümayəndəsi” və tikintidə çalışan fəhlələrdir. Ermənilərin danışıqlarının qısa məzmununu nəzərinizə çatdırırıq:
“…Bura bizim dədə-baba kəndimizdi… Qısa bir vaxtda(25 ildə?-S.L.) 40-50 ev tikmişik. İş yerləri açılıb… Elələri var ki, bura gəlmək istəmir, deyir, bizim torpaq deyil. Amma çoxu da başa düşür ki, bizim torpaqdı və buraya köçürlər. Burada uşaq bağçası, məktəb, peşə məktəbləri açacağıq… Ermənilərin çoxu işə görə gəlmək istəmir. Amma gələnlər tikintidə işləyə bilər. Kənddə günbəgün, aybaay ermənilər çoxalır…”
Xanlığa yeni gələn ermənilərdən biri Rusiyada tikintidə işləmiş ermənidir. Deyir ki, “Monte Melkonyan kimi qəhrəmanlar bu torpaqları alıb bizə veriblər. Bizim də borcumuz buralarda tikib-qurub yaşamaqdı. Biz də bunu edəcəyik…”

[bt_youtube url=”https://youtu.be/__bSem0YFE0″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.