resizekodAzərbaycan-Ermənistan danışqılarının dalana dirənməsi yeni təkliflərin ortaya çıxmasına səbəb olub. Bəzi politoloqlar hesab edir ki, Rusiyanın vasitəçiliyindən imtina edilməli, Ermənistanla Azərbaycan danışqılar masasında üz-üzə əyləşməlidir.

Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edə bilərmi? Yeni format ölkəmizə nə qazandıracaq?

araz.az  Qarabaginfo.az-a istinadən  xəbər verir ki, Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, tanınmış politoloq Qabil Hüseynli Yenisabaha.z-a açqılamasında deyib ki, hazırda prosesi tormozlayan tərəf Rusiyadır. Onun sözlərinə görə, Rusiya həm nizamlama prosesini ləngidir, həm də ermənipərəst siyasət yürütməklə, siyasi balansı pozmaşağa çalışır.

Politoloq qeyd edib ki, bu gün sülhyaratma prosesinin ləngiməsinin əsas baiskarı Rusiyadır:

“Düşünürəm ki, Rusiya proseslərə müdaxilə etməsə, Ermənistanı öz iradəsinə buraxsa, danışıqlar prosesi daha uğurlu olar, sülh müqaviləsi daha tez imzalanar, sərhədlərin delimitasiya və demarkasiya problemi həll olunar, ərazi bütövlüynün tanınılması məsələsi həyata keçirilər. Bütövlükdə problemli məsələlərin bir qismini, bəlkə də hamısını Rusiyanın bölgəyə müdaxiləsi olmadan daha tez çözmək olar və ən qısa zamanda kompromisə gəlmək mümkündür. Rusiya bölgədə baş verən konfliktli situasiyanı qoruyub saxlamağa çalışır və bunda maraqlıdır.”

Qabil Hüseynli vurğulayıb ki, Azərbaycan qalib gələn tərəfdir və qalib olan tərəf diktəedici mövqeyə malikdir:

“Buna baxmayaraq, biz daha humanist mövqe sərgiləyirik. Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur. Onlara iddiamız da yoxdur. Baxmayaraq ki, həmin torpaqlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır – Qərbi Azərbaycandır. Bizim onların ərazi bütövlüyünü tanıdığımız kimi, onlar da bizim ərazi bütövlüyümüzü tanımalıdırlar. Ermənistan tərəfi Qarabağın yuxarı hissəsində yaşayan erməni ekstremistlərə status tələb edirlər, amma bu tələb demək olar ki, ləğv edilib. Cənab Prezidentin diliylə desək, status məsələsi cəhənnəmə göndərilib. Bu problemləri nizama salıb, konsensus əldə etmək olar”

“Rusiya sülhməramlıları hazırda Qarabağın dağlıq hissəsində gedən proseslərə nəzarət edirlər və onların davranış tərzləri bölgədən hələ də çıxarılmayan separatçı erməniləri ruhlandırır. Bu səbəbdən də sülhyaratma və razılşma prosesi ləngiyir.” – deyə politoloq fikrini tamamlayıb.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.