sumqayit 696x435

Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən yataqxana uçmaq təhlükəsində olsa da, rəsmi qurumlar bununla bağlı tədbir görmür.

araz.az xəbər verir ki, bu haqda həmin binanın sakini Şakir Məmmədov məlumat verib:
“Gördüyünüz bu yataqxanada mən də yaşayıram. Ünvan: Sumqayıt şəhəri, 17-ci mikrorayon, yataqxana 36.

Tikinti divarının düzgünlüyünü yoxlaran tərəzi ilə yoxlamışam. Bina 33 santimetr əyilib. Sumqayıt şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinə dəfələrlə məlumat vermişəm. Nə fayda, tədbir görülmür…

Bu çatı tez-tez malalayırlar ki, sakinlər təşviş keçirməsin.İçi mən qarışıq kütləvi tələfat baş verəcəyi halda, görəsən hansı köpöğlu məsuliyyət daşıyacaq?”

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.