ordumuz 1506931127

Serj Sarkisyanın istefasından sonra baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan Təhlükəsizlik Şurasının iclasını keçirib.

İclasda müdafiə naziri Viqen Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan, baş nazirin müavini Armen Qevorkyan, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Qeorqi Kutoyan, polis rəisi Vladimir Qasparyan və baş qərargah rəisi Movses Akopyan iştirak edib. İclasın gözlənilməz və təcili çağırıldığı deyilir.
Karen Karapetyan iclasda Dağlıq Qarabağ münaqişəsindən danışıb və cəbhədə hərəkətliyin olmasından narahatlığını dilə gətirib.
O, iddia edib ki, Azərbaycan tərəfi cəbhə xəttinə əlavə texnika və canlı qüvvə toplayır.

Karapetyan Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma DQR rejiminin “prezidenti” Bako Saakyanla görüşdüyünü də dilə gətirib. Karapetyan Viqen Sarkisyana ordunu ayaqda saxlamaq tapşırığı verib. Daha sonra iclasda digər məsələlər müzakirə olunub.
Karapetyanın Təhlükəsizlik Şurasının iclasını çağırması və Azərbaycanın işğal altındakı əraziləri azad etmək üçün hərəkətə keçməsi haqda qorxulardan danışması İrəvanda ciddi təşvişin olduğunu göstərir.
İclasla bağlı mediaya sızan məlumatlarda Karapetyanın müdafiə nazirinə ön cəbhədə müdafiəni gücləndirmək tapşırığını verdiyi də deyilir. /Publika.az/

 

araz.az xəbər portalı.