damar 003

Zəncəfilin faydası saymaqla bitməz – iltihabları azaldır, arıqladır, immun sistemini gücləndirir, virus, göbələk və mikrob əleyhinə təsir edir.

 

Həmçinin zəncəfil ürək-damar sistemi üçün də çox faydalıdır.

araz.az Saglamolun.az-a istinadən xəbər verir ki, Rusiyalı həkim-fitoterapevt Lidiya Bazlova kp.ru-ya müsahibədə damaraların sağlamlığını yaxşılaşdıran resept təqdim edib. Bu qarışıq damarları təmizləyir, damarlarda iltihabları azaldır.

Tərkib:

– 200 qr zəncəfil

– 2 iri limon

– 100 qr təbii bal

Hazırlanması:

Zəncəfili təmizləyin, limonu yaxşı yuyun. Zəncəfili və limonu (qabıqlı) blenderdən keçirin, bal əlavə edin, yaxşı qarışdırın. 1 həftə soyuducuda saxlayın. 1 həftədən sonra qarışığı qəbul etmək olar. 1 x.q. qarışığı 1 stəkan suda həll edin və səhər yeməkdən əvvəl için.

Bu qarışıq həmçinin mübadilə proseslərini yaxşılaşdırır, arıqlamağa yardım edir. 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.