1633269403image 750x 6159697665aedjpg 1633269944Dünən Ermənistanın fərqli hərbi hissələrindən olan çağırışçılar, məzuniyyət müddəti bitdikdən sonra xidməti yerlərinə qayıtmaq istəmədiklərini, müəyyən hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildirib. Onların Qarabağda qanunsuz xidmət edən əsgərləri isə sülhməramlılar tərəfindən əraziyə buraxılmayıb. 

araz.az  Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi bəyanat yayıb. 

Hadisə ilə bağlı cinayət işi açılıb, hərbçilərin həbs edildiyi bildirilib. 

Qeyd edək ki, erməni mətbuatı əsgərlərin xidməti yerlərinə qayıtmaq istəmədiyini müharibədən sonrakı vəziyyətlə əlaqələndirib. 

Onu da deyək ki, Qarabağda qanunsuz xidmət edən erməni əsgərləri məzuniyyət vaxtı Ermənistan ərazilərinə gedib. Məzuniyyət müddəti bitdikdən sonra isə onlar Qarabağa yenidən qayıtmaq istəyəndə əraziyə buraxılmayıb.

Erməni hərbçilərindən birinin atası deyib ki, onun oğlu məzuniyyətdən qayıdanda Qarabağa buraxılmadığı üçün qanunsuz məskunlaşdıqları hərbi hissəyə qayıda bilməyib. Buna görə də o, xidmətdən yayınmaq iddiası ilə həbs edilib. 

Bildirilib ki, əsgərlər hərbi biletini rus sərhədçilərinə göstərdikdən sonra, onların mülki yox, əsgər olduğu aydın olub. Buna görə də hərbçilər Qarabağa girə bilməyib. 

Bu da erməni KİV-də “tezliklə Qarabağda bir dənə də olsun erməni əsgəri qalmayacaq, düşmənin tələbi ilə erməni qoşunları yavaş-yavaş “Artsax”dan geri çəkilir” sözləri ilə etiraza səbəb olub. 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.