WhatsApp Image 2021 10 04 at 18.08.32Bu gün Bakı İdman Sarayında davam edən Milli Kitab Satış Sərgisi çərçivəsində, 44 günlük Vətən Müharibəsində hərbçi kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib. Bu barədə, Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda deyilir ki, bu görüşdə, MŞ-nin sədri Əflatun Amaşov Vətən Müharibəsində 30 nəfərədək jurnalistin hərbçi olaraq döyüşdüyünü bildirib. “Onlar qələmlərini silahla əvəzləyərək, Vətənin çağırışına səs vermiş həmkarlarımızdır. Hər biri bizim, ümumilikdə, media ictimaiyyətimiz üçün dəyərlidir. Mətbuat Şurası müharibə müddətində onların valideynləri, ailə üzvləri ilə daim təmasda oldu. Biz gördük ki, onlar öz övladları ilə necə fəxr edirlər. Əlbəttə, hər birimiz fəxr və qürur hissi keçirirdik. WhatsApp Image 2021 10 04 at 18.08.03Müharibədə döyüşmüş jurnalistlər bizim üçün əzizdirlər. Mətbuat Şurası olaraq, çalışacağıq ki, onlar Azərbaycan dövlətinin bu və ya digər imtiyazlarından bəhrələnə bilsinlər. Ümumən, döyüşçü jurnalistlərimizi daim diqqətdə saxlayacağıq”, — deyən Əflatun Amaşov vurğulayıb ki, rəhbərlik etdiyi qurum Vətən Müharibəsinin ildönümü ilə əlaqədar müharibədə iştirak etmiş, eləcə də müharibəni işıqlandırmış jurnalistlərə yönəlik müxtəlif aksiyalar reallaşdırmağı planlaşdırıb. Bu günkü görüş də, həmin tədbirlərin ilkidir. Əflatun Amaşov rəhbərlik etdiyi qurumun bu təşəbbüsünün gerçəkləşdirilməsiylə əlaqədar, dövlət qurumları ilə danışıqlar aparıldığını da diqqətə çatdırıb. Qeyd edib ki, müvafiq razılıq əldə edildikdən sonra, həmin tədbirlər gerçəkləşdiriləcək və bu barədə cəmiyyət də məlumatlandırılacaqdır. O, həmçinin Zəfər Gününə qədər döyüş meydanlarında olmuş media təmsilçilərinin xatirələrinin yer aldığı kitabın nəşrinin planlaşdırıldığını da diqqətə çatdırıb və jurnalistlərdən cəbhə xatirələrini qələmə alaraq, Şuraya göndərməyi xahiş edib.WhatsApp Image 2021 10 04 at 18.08.32 1
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu da bu görüşdə bildirib ki, toplantı Vətən Müharibəsinə döyüşçü kimi qatılmış media təmsilçilərinin əməyinə dəyər vermək baxımından olduqca əhəmiyyətlidir. O, rəhbərlik etdiyi qurumun bu təşəbbüsə həvəslə qoşulduğunu xüsusi vurğulayıb. Şahbaz Xuduoğlu həmin jurnalistlərin döyüş xatirələrinin toplanaraq, kitab şəklində nəşri təşəbbüsdən də söz açıb və bildirib ki, Mətbuat Şurasının irəli sürdüyü bu təşəbbüsə “Qanun” Nəşrlər Evi tərəfindən dəstək olacaq və həmin kitabın nəşri həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov isə, öz çıxışında, Vətən Müharibəsinin informasiya savaşı mərhələsindən söz açıb. O, jurnalistlərin həmin savaşda fədakarlıq göstərdiklərini vurğulayaraq, bunun yekun zəfərin əldə edilməsində müstəsna rol oynadığını önə çəkib, bununla əlaqədar maraqlı məqamlara toxunub.WhatsApp Image 2021 10 04 at 18.08.31
MŞ sədri Ə. Amaşov 44 günlük Vətən Müharibəsi dönəmində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin kifayət qədər operativ çalışdığını vurğulayaraq, buna görə, xidmətin MŞ tərəfindən xüsusi diplomla təltif edildiyini vurğulayıb və həmin diplomu A. Eyvazova təqdim edib.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli də çıxışını müharibənin informasiya cəbhəsinin vacibliyi üzərində qurub. O bildirib ki, erməni saytı olan “news.am” 44 günlük müharibədə Ermənistanın müvafiq dövlət qurumlarının danışdıqları yalanları günbəgün göstərən kampaniyaya start verib. M. Ələsgərli bundan fərqli olaraq, AR Müdafiə Nazirliyinin, eləcə də digər müvafiq strukturların dəqiq və operativ çalışdıqlarını, cəmiyyəti dolğun informasiyalarla təmin etdiklərini xüsusi vurğulayıb. WhatsApp Image 2021 10 04 at 18.08.32 2MŞ sədrinin müavini, həmçinin müharibədə döyüşmüş jurnalistlərin də öz işlərinə peşəkar yanaşdıqlarını, hərbi forma geyindikdən sonra, sırf hərbçi kimi davrandıqlarını dilə gətirib, Ermənistan tərəfdə söz azadlığı və jurnalist təhlükəsizliyi müstəvisində ciddi spekulyasiyaların həyata keçirildiyindən söz açıb.
Vətən Müharibəsində döyüşmüş jurnalistlərdən Pərviz Aslanov, Məğrur Əliyev, Fərid Teymurxanlı, Nurlan Əliməmmədov, Nahid Salayev, Mahal Məmmədov və başqaları, öz çıxışlarında döyüş xatirələrini bölüşərək, bildiriblər ki, 44 günlük bu savaşda iştirak etmək, torpaqlarımızın azadlığı uğrunda döyüşmək onlar üçün böyük qürur və fəxarət anlarıdır və bu anlar ömür yollarında əbədi qalacaqdır. Onlar, həmçinin Vətən Müharibəsi dövründə Azərbaycan xalqının birlik və bütövlük nümayişinin yekun qələbənin qazanılmasında müstəsna rol oynadığını və xüsusi önəm daşıdığını vurğulayıblar.WhatsApp Image 2021 10 04 at 18.08.33
Bu görüşdə, müharibədə iştirak etmiş bir qrup jurnalistə Azərbaycan Mətbuat Şurasının bir neçə ay öncə təsis etdiyi “Qələmdən süngüyə” mükafatı təqdim olunub. Görüşdən sonra isə, toplantı iştirakçıları Milli Kitab Satış Sərgisi ilə tanış olublar. Jurnalistlərə “Qanun” Nəşrlər Evi tərəfindən kitablar hədiyyə edilib.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.