“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin xalası oğlu Elman Nuriyevin Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsində hansı əməllərin sahibi olması haqda iddialar var.
Bildirilir ki, E.Nuriyev Kür çayı boyunca bəndlərin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi məqsədi ilə hər il dövlət büdcəsindən külli miqdarda vəsait mənimsəyir. O, hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan milyonlarla vəsaitləri təyinatı üzrə xərcləsəydi Kür ətrafında daşqınların miqyası bu dərəcədə olmazdı. Bildirilir ki, Elman Nuriyev bəndlərə vurulan torpaqları elə bəndin yanından götürür, bu isə su bəndlərinin davamlılığını azaldır və daşqınlar baş verir. Bundan əlavə,
Nuriyev vəzifəyə təyin olunan qohum-əqrəbasını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib.
Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyyat hissələrini əksər hallarda qardaşı Saleh Nuriyevə məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdlaşdırılır. Bundan əlavə idarəyə verilən ehtiyyat hissələri, yanacaq və sürtgü yağları, “solyarka” satılaraq Elmanın cibinə gedir. İddialara görə, idarənin işçilərinə sənədlərdə 800 manat maaş yazılsa da, 400 manat verilir. Onun avtomobillərinin nömrəsi 422 ilə başlayır, marketləri, Sabirabadda “ mağazaları var.
Hələ bu harasıdır?
Cavad kəndində, yolun üstündə özünə “Şamlıq” şadlıq sarayı tikdirib. Zakir Quliyevlə xalası oğlu Elman Nuriyevin Çuxuryurdda qoşa villaları isə milyonlara başa gəlib.
araz.az xəbər portalı.
P.S. Yazıda adı keçən şəxslərin və dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.
araz.az xəbər portalı.