Avropa Birliyi Ermənistana demokratiyanın möhkəmləndirilməsində yardım edəcək.
Realliqinfo.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Pyotr Svitalski deyib.
“Avropa Birliyi Ermənistanda demokratiyanın, qanunun aliliyinin, korrupsiya ilə mübarizənin möhkəmlənməsində yardım edəcək. Ermənistandakı son hadisələr göstərdi ki, bu dəyərlər respublikanın vətəndaşları üçün çox vacibdir. Avropa Birliyi Ermənistan və ermənilərlə yanaşı dayanacaq”, – deyə o bildirib.
araz.az xəbər portalı.