Gəncə şəhərinin mərkəzi küçəsində qartal istismar edilərək vətəndaşlara nümayiş etdirilib.
araz.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Gəncə şəhərinin mərkəzindəki küçədə istismar edilərək vətəndaşlara nümayiş etdirilən, adı Qırmızı Kitaba daxil edilən, pəncələri yaralı berkut qartalı əməkdaşlarımız tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib:
“Hazırda qartal baytar tərəfindən müayinə olunur. Yırtıcı quş mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.