animm

Bu gün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizdən altı nəfərin doğum günüdür. 

araz.az  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

Baş gizir Hüseynli İlqar Şəmiyyət oğlu 1976-cı il oktyabrın 6-da Xudat şəhərində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan İlqar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qəhrəmancasına şücaət göstərib.

İlqar Hüseynli oktyabrın 9-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Xudat şəhərində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar Hüseynli ölümündən sonra “Vətən uğrunda”, “Vətənə xidmətə görə” ordeni 3-cü dərəcəli medalı ilə və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Gizir Hüseynov Aslan Malik oğlu 1985-ci il oktyabrın 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Aslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Hüseynov sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub. Şəhidimiz ailəli olub və Vətənə əmanət iki övladı qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aslan Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Əsgər Kərimli Orxan Akif oğlu 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinə (NDU) təhsil alırdı. Orxan Kərimli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Orxan Kərimli oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Orxan Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Nəcəfli Oruc Rövşən oğlu 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda “İnformatika və hesablama texnikası” ixtisası üzrə ali təhsil alıb. Oruc Nəcəfli 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Nəcəfli oktyabrın 17-də Ağdərə istiqamətində “Tülkü dərəsi” adlandırılan ərazidə şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Ailəli idi və Vətənə əmanət bir qız övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Oruc Nəcəfli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Kapitan Qəhrəmanov Ruslan Mehman oğlu 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində anadan olub. Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Qəhrəmanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib. Şəhidimiz ailəli idi, Vətənə əmanət üç övladı qalıb.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əsgər Yusubov Sabir Firdovsi oğlu 1990-cı ildə Göygölün Topalhəsənli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Sabir Yusubov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. 

 

araz.az  xəbər portalı.

araz.az xəbər portalı.