1633421740 20211005 bizimmediaAzərbaycandakı siyasi partiyaların beynəlxalq əməkdaşlıqları varmı?


araz.az  Bizim.Media-ya istinadən xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev əvvəlcə bildirdi ki, uzun müdət Dünya Azərbaycanlıları Konqresindəki Azərbaycan nümayəndəliyinin rəhbərliyində olduğu üçün xarici ölkələrdə ciddi əlaqaləri yaranıb:

“Başqa partiyalardan fərqli olaraq bizim departament quruluşumuz var. Borçalı departamenti, İrəvan departamenti, Türk Dünyası departamenti və s. Borçalı departamenti vasitəsilə Gürcüstandakı təşkilatlarla əlaqə saxlayırıq, oradakı aborigen xalqımızın fəalları ilə kontaktda oluruq. Türk Dünyası ilə bağlı Avropanın müxtəlif yerlərində olan türk dərnəkləri ilə əlaqə saxlayırıq. Əsasən bunun üzərindən edirik. Amma rəsmi şəkildə hansısa birliklərin tərkibində deyilik. Lakin çox ciddi əlaqələrimiz var. Həmin yerdə yaşayan azərbaycanlı və türkiyəlilərin vasitəsilə yerli hakimiyyətə təsir imkanlarımız, bəyanatlarımızın çatdırılması və s. həyata keçirilir. Azərbaycan dövləti ilə oradakı diasporun ortaq davranışını dəstəkləmək üçün bu vasitədən istifadə edirik”.

Bəs gələcəkdə beynəlxalq əlaqələri genişləndirmək planınız varmı?

“Bilirsiniz, bunlar daha çox səfərlərə, maliyyəyə bağlıdır. İmkanlarımız daxilində hər şey edirik. Müharibənin gedişatında Avropa İttifaqının bütün üzvlərinə dəfələrlə məktub yazıb göndərdik. Orada olan nümayəndələrimizə müəyyən tədbirlərin keçirilməsi, yazılı müraciətlərin göndərilməsi ilə bağlı iş gördük. Əlimizdən gələn qədər. Maliyyə imkanlarımız imkan verərsə, gələcəkdə daha geniş iş görməyə çalışarıq”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.