“Rəsul Quliyev çıxış edib, tarixçi olmağa cəhd göstərib, hər şeyi qarışdırıb”.
araz.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov bildirib.
“Sən necə deyə bilərsən ki, Şah İsmayıl Xətai qəhrəmanlıq göstərməyib?! Bu adam dövlət qurub. Dövlət quran adamı alçaltmaq olmaz. Hər adam dövlət qurmağı bacarmır. Yaradıcı şəxs, şair olub. Özümüzünkünü aşağılamaqla uzağa gedə bilmərik. Bunu başa düşməlidirlər. Kiminsə nöqsanı varsa, demək olar, amma alçaltmaq olmaz. Başqasını alçalda-alçalda kimsə ucala bilməz” – E.Məmmədov qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.