ermeniaza.jpg

Üçmüədzində “Erkrapa” terrorçular birliyi sədrinin müavini, 46 yaşlı Nver Ovannisyana qarşı sui-qəsd təşkil olunub.

Araz.az bununla bağlı Shamshyan.com-a istinadla xəbər verir.

Ovannisyan hücum zamanı aldığı bıçaq xəsarəti nəticəsində ölüb.

Hadisə Aramavir vilayətində baş verib. O, yerli vaxtla 18:50-də Vaqarşapat tibb mərkəzinə çatdırılıb.

Qeyd edək ki, “Erkrapa” qruplaşmasının üzvləri Dağlıq Qarabağda dəfələrlə diversiya və teraktlar törədib.

1990-cı ildə erməni terrorçu Monte Melkonyan kəşfiyyat-təxribat fəaliyyəti üzrə təlimatçı qismində Ermənistana gəlib və Dağlıq Qarabağda terror aktları törətmək üçün burada “Erkrapa” birliyinin nümayəndələri ilə görüşüb. /oxu.az/

araz.az xəbər portalı.