photo 146702

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.  

araz.az xəbər verir ki, daha əvvəl də Azərbaycanda icra başçısı vəzifəsini icra edən qadınlar olub.

Onlardan biri də Dilruba Camalova olub. D.Camalova 1993-2000-ci illərdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini daşıyıb. 2000-2006-cı illərdə isə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Həmçinin, 1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Səmayə Piriyeva rəhbərlik edib.

Sədaqət Qəhrəmanova isə 1995-2005-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı işləyib.

Fidumə Hüseynova 2003-cü ildən 2005-ci ilədək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.

2015-ci ildə Abşeron rayon icra başçısı postuna isə İradə Gülməmmədova rəhbərlik edir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.