Haqqında redaksiyamıza ilginc informasiyalar daxil olmuş Cəbrayıl Cəbrayılov 6 oktyabr 2006-cı ildən ARDNŞ-nin vitse-prezidentinin müşaviri, 16 aprel 2007-ci ildən ARDNŞ-nin Ekoloqiya İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 1 iyun 2012-ci ildən ARDNŞ-nin vitse-prezidentinin müavini vəzifəsində çalışır. 31 mart 2015-ci ildən «Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.
araz.az Deryaz.az-a istinadən bildirir ki,İndiyədək Cəbrayılov və xeyli müddət tabeliyi altında işlədiyi, ARDNŞ-nin keçmiş vitse-prezidenti və “boz kardinalı” Mikayıl İsmayılovun barəsində çox ciddi ittihamlar səslənib. Məsələn, Cəbrayılovun adı iş adamlarından birinə SOCAR-ın tenderini udacağını vəd edərək külli miqdarda rüşvət almaqda, sonra da aldadıb pulunu verməməkdə hallanıb. Bu məsələ ilə bağlı yayılan məlumatlarda hətta o da bildirilirdi ki, Cəbrayılov həmin mənimsədiyi pulla İsveçrədə oxuyan övladının təhsil haqqını ödəyib.
Qəribədir ki, “Bentley”, «Cadillac” və «Chevrolet” kimi bahalı avtomobilləri ölkəmizə gətirib alverini quran, villaları yan-yana düzülən Mikayıl İsmayılov 2019-cu ildə vergi yoxlaması nəticəsində fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilərək şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən, bu ilin iyul ayında isə vitse-prezident vəzifəsindən kənarlaşdırılsa da, onun korrupsiya ortağı Cəbrayıl Cəbrayılov postunda saxlanıldı.
Redaksiyamıza daxil olmuş məlumata görə, M.İsmayılovun topdağıtmaz sərvətləri siyahısında olan, paytaxtın Xətai və Nizami rayonları ərazisində yerləşən “Level 99 Lounge”, “Martido Lounge”, High Bsoft Restaurant & Lounge” restoranlarına, həmçinin “Qəsr” adlı sözlə ifadə edilməyəcək özəlliklərə malik obyektinə C.Cəbrayılov da şərikdir. Üstəgəl, Cəbrayılovun özünün başqa şadlıq evləri, otelləri, mağazalar şəbəkəsi vardır. O da qeyd olunur ki, Cəbrayılov öz bağ sahəsinə məxsusi olaraq Ərəbistandan qum gətiribmiş.
Bu və sadalamdığımız digər məsələlərlə bağlı Cəbrayılovun mövqeyini öyrənmək üçün ona bəzi sualları ehtiva edən rəsmi məktub göndərsək də, cavab vermədi. Zəngimizi açmadığı telefonuna göndərdiyimiz mesaj da cavabsız qaldı.
Bu qədər var-dövlətə sahib olsa da, zəngin həyat tərzi keçirsə də, müşahidə şurasının üzvü olduğu “Neftçi” klubunda həmişə Cəbrayılovun xəsisliyindən gileyləniblər.
P.S. Cəbrayıl Cəbrayılovla bağlı redaksiyamıza elə bir ilginc məlumSatlar daxil olub ki, araşdırma aparmağa ehtiyac olduğu üçün hələlik məqaləni burada saxlayırıq. Sorğu məktublarının cavabın gözləyirik. Odur ki,bizi izləməyi unutmayın.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.