3 saylı Uşaq Evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, müvafiq tibb müəssisəninin və digər aidiyyəti mütəxəssislərin iştirakı ilə komissiya yaradılmış və araşdırılmalar aparılıb.
araz.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov bildirib.
Araşdırma nəticəsində 3 saylı Uşaq Evində heç bir yoluxucu xəstəlik aşkar edilməyib, tibb mütəxəssisləri tərəfindən həmin uşağa əsasən yaz və payız aylarında kəskinləşən atopik dermotit xəstəliyi diaqnozu təyin edilib.
Amma müəssisədə ümumi sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmasına baxmayaraq, bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürüb.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/bIfAL3lsQ70’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.