Ötən il Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən İlham Quliyevə yeni vəzifə verilib.
araz.az Qaynarinfo-ya istinadən bildirir ki, Sabiq nazir müavini “Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini vəzifəsinə təyin olunub.
Yeni təyinatı İlham Quliyev açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, İlham Quliyev 1994-cü ildən 2020-ci ilin avqust ayınadək Kənd Təsərüfatı Nazirinin müavini vəzifəsində çalışıb. Prezidentin sərəncamı ilə ötən il 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.