Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının iqlim dəyişikliyinin mediada işıqlandırılmasına həsr olunmuş onlayn konfransında iştirak edib. Şuradan araz.az-a daxil olan məlumata görə, bu mövzudakı müzakirələrdə iştirak edən Əflatun Amaşov bildirib ki, Azərbaycanda jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması istiqamətində işlər aparılıb. Bu layihə çərçivəsində nəşr edilən vəsait çap, elektron media və teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbə-gənclər, vətəndaş cəmiyyətləri, təhsil müəssisələri üçün nəzərdə tutulub. Qeyd edilən fəaliyyətin reallaşmasında Azərbaycan Mətbuat Şurası da bilavasitə iştirak edib.
Tədbirdəki müzakirələrin gedişində MŞ-nin mövcud istiqamətdəki təcrübəsinin əsas götürülərək, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xəttiylə geniş beynəlxalq toplantının təşkilinin mümkünlüyü vurğulanıb. Tədbirdə həmçinin o da bildirilib ki, iqlim dəyişikliklərinin mediada işəqlandırılmasının həssas məqamları jurnalist ictimaiyyəti içərisində də ciddi müzakirə olunmalıdır. Çünki məsələnin cəmiyyətə çatdırılmasında xarakterik xüsusisyyətlər var. Bu xüsusiyyətlərin dolğunluğu ilə öyrənilməsi isə, həm peşəkarlıqdır, həm də ictimai maraqların ödənilməsi.
Onu da qeyd edək ki, maraq doğuran bu tədbirdə, geniş müzakirələrdə verilən ciddi təkliflər əsas rol oynayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.