Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni”nin marketinq şöbəsinin rəhbəri Lalə Babayevanın rayonluları nəzərdə tutaraq, “”çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı” sözləri hiddət doğurub.
Mia.az xəbər verir ki, getdikcə artan etirazlardan sonra “Bakı Metropoliteni”nin rəsmisi L.Babayeva üzr istəyib.
O, fikirinin yanlış anlaşıldığını bəyan edərək, belə bir üzr açıqlaması yayıb:
Onu da qeyd edək ki, Virtualaz.org dəqiqləşdirib ki, rayonluları Bakıda metronu “korlamaqda” günahlandıran Lalə Babayeva “Bakı Metropoliteni” QSC-nin keçmiş sədr müavini Zaur Babayevin qızıdır.
Zaur Babayev əvvəllər “Bakelektrikşəbəkə”də işləyib,
2014-cü ildə “Bakı Metropoliteni” QSC-yə sədr müavini təyin olunub. Bir il sonra isə bu vəzifədən çıxarılıb.
araz.az xəbər portalı.