photo 146830

Bakıda qanunsuz tikilən evlərin sənədləşməsi ilə bağlı məsələ zaman-zaman gündəmə gəlir. Məsələni ciddi sosial problem kimi qiymətləndirən Prezident İlham Əliyev dəfələrlə bu barədə xüsusi göstərişlər verib və lazımi fərman imzalayıb. Lakin bütün bunlara baxmayaraq, problem elə problem olaraq qalır. Bəs görəsən, bu evlərin sənədləşməsi nə vaxt yekunlaşacaq?

araz.az  Redaktor.az-a istinadə buildirir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov cavablandırıb. O bildirib ki, ilin sonuna qədər qanunsuz tikilən evlərin sənədləşməşi öz həllini tapacaq:

“Bu məsələ ilə bağlı dövlət başçısının xüsusi göstərişi var. Qanunsuz tikililərin sənədləşməsi ilə bağlı işlərin yekunlaşmasına az bir müddət qalıb. Bakı Şəhər İcra Hakimiyyəti bu işlə məşğul olur. Orada sırf bu işə baxan xüsusi komissiya yaradılıb. Qanunsuz tikililərdə əgər yaşayış varsa, həmin şəxslər evin çıxarışını əldə edə biləcək. İlin sonuna qədər problemin öz həllini tapacağı gözlənilir”.

Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən açıqlama almağa çalışsaq da, sualımız cavabsız qaldı.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.