ayi77 1Bu gün Balakənin rayon mərkəzində ayı balaları peyda olub. Rayonun mərkəzi küçələrində gəzişən ayılardan biri rayon sakininə hücum edib. Ayıların rayona meşəlik ərazidə yolu azaraq gəldiyi ehtimal edilir.

Rayon mərkəzində peyda olan ayı balası sakinə hücum edir. Arxadan gələn avtomobil isə sakini ayının hücumundan qoruyur. Görüntülər Balakəndə vətəndaşlar tərəfindən çəkilib.

Bu gün səhər saatlarında Balakən rayonu Mahamalar kəndində və rayon mərkəzində qonur ayı balalarına rast gəlinib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, bu kimi hallar dünyanın bir çox yerində müşahidə olunur. “Görüntülərdəki balalar ehtimal olunur ki, kəndə yaxın meşəlik ərazidən yollarını azaraq gəliblər. Onların qida axtarışında olduqları güman edilir. Belə olan halda bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək olmaz. Çünki bu zaman heyvanlar aqressivləşə və stresə düşə bilər. Müdaxilə olunmadığı halda isə onlar ərazini sakit şəkildə tərk edirlər”- deyə açıqlamada qeyd olunub.

Şəhər ərazisində qaçışan qonur ayı balaları Rayon Polis Şöbəsinin əməkdaşlarının nəzarəti və rayon sakinlərinin köməkliyi ilə təhlükəsiz şəkildə meşə ərazisinə qaytarılıb. Qeyd edək ki, ötən ay da Balakəndə ayı peyda olmuşdu.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/Ow3aI7uNjlY’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.