“Nobel mükafatına fikir vermək lazım deyil, bu il həmin mükafatı tanzaniyalı yazıçı Abdulrazak Gurnaha siyasi səbəblərdən verdilər”.
araz.az Kulis.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış rus yazıçı, jurnalist Yevgeniy Popov deyib. O, RİA-ya açıqlamasında daha sonra bunları bildirib:
“Bu müəllifi Rusiyada praktiki olaraq heç kim tanımır. Böyük ehtimal heç dünyada da onu tanıyan yoxdur. Səhv etməkdən qorxuram, amma məncə, bu qərar da böyük ehtimal Svetlana Alekseyeviçdə olduğu kimi, siyasidir. Mən bu müəllifi ingiliscə oxumağa çalışdım, çox bəsit və sıxıcıdı. Amma əlbəttə ki, bu mənim şəxsi fikrimdir. Həmçinin bu mükafatı çox ciddiyə almağa gərək olmadığını düşünürəm. Vaxtilə Tolstoy və Coys da Nobeli ciddiyə almayıb”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.