administrasiya.jpg

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasıüçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.(apa.az)

araz.az xəbər portalı.